Sosial 25-12-2025, 15:39

Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb

Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb
Dekabrın 25-də doğma yurduna yola salınan köç karvanı Məmmədbəyli kəndinə çatıb. Bu mərhələdə Məmmədbəyli kəndinə 147 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti