Sosial 25-12-2025, 17:37

"Hacı" anlamını biabır etməklə məşğuldurlar



"İndi də "Hacı" anlamını biabır etməklə məşğuldurlar. Bu eyni cahil və xurafatçı, istismarçı zümrədir. Vaxtilə, hətta Çar Rusiyası dövründə "hacı" deyəndə Hacı Zeynalabdin Tağıyev yada düşürdü. İndi isə kiminsə adının qabağında "Hacı" sözü işlənəndə çoxu şübhə edir, ağlına ya əyyaşlıq, bəzi müğənnilərə siğədarlıq, ya da dələduzluq, din tacirliyi gəlir".

Planetinfo.az xəbər verir ki, bunları ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, belələrinə hacı deyilməməlidir:

"Çünki Məkkəyə ticarət üçün gedib, ibadət üçün deyil. Öz aləmində, gedib ki, Allahla alver etsin. Yəni, ona pul xərcləyib ibadət, qurban, təvaf, dua verib əvəzində Cənnət, hurilər alsın. Bu, biznesdir. Belə adamlara tacir deyilir. Allah üçün xeyir iş nəzərdə tutsaydı burada kiməsə əl tutardı. Demək öz nəfsi, şəxşi mənafeyi üçün gedib".

Anar

Xəbər lenti