Sosial 26-12-2025, 11:20

Tıxaca görə dövlət qurumlarının əməkdaşlarına güzəştlər edilməlidir



"Müxtəlif ölkələrdə mövcud olan tıxacın aradan qaldırılması, yaxud iş rejiminin ona uyğunlaşdırılması məqsədilə müəyyən addımlar atılır. Hesab edirəm ki, Azərbaycanda da eyni metoddan istifadə edə bilər".

Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, müəyyən dövlət qurumlarının əməkdaşları tıxac səbəbindən işdən 1 saat tez buraxıla bilər:

"Yaxud iş vaxtının dəyişdirilməsi mümkündür. Bəzi ölkələrdə səhər saat 7-də iş başlayır və iş vaxtı günorta saat 4-ə qədər davam edir. Hesab edirəm ki, biz də bu istiqamətdə müəyyən addımlar ata bilərik".

Anar

Xəbər lenti