Sosial 26-12-2025, 11:26

Taksilərə avtobus zolağından istifadəyə icazə verilsin



"Taksilər də ictimai nəqliyyat hesab edildiyindən onların da avtobus zolağından istifadəsinə icazə verilməlidir".

Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov deyib. Millət vəkili bildirib ki, belə bir qırarın verilməsi vətəndaşlar məmnunluğunu artırar və həm ictimai nəqliyyat istifadəçiləri, həm də sərnişin daşıyanlar tərəfindən rəğbətlə qarşılanar.

"Paytaxtda avtonəıqliyyat vasitələrinin həddən artıq artması Bakıda nəqliyyatla hərəkəti mümkünsüz edir. Digər tərəfdən parklanma yerləri ilə bağlı problemlər var. Ona görə də hesab edirəm ki, qeyd edilən istiqamətlərdə müəyyən addımlar atmaq mümkündür".

Anar

Xəbər lenti