"Sosial şəbəkələrdə yayılan bəzi uyğunsuz paylaşımlar insanlarımızı mənəvi terrora sürükləyir. Fərqi yoxdur bu terror silahla həyata keçirilir, yaxud sosial platforma üzərindən".
Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Zahid Oruc deyib. Millət vəkili qeyd edib ki, xüsusilə Tik-tok və digər sosial şəbəkə platformalarında gənclərin tərbiyəsinə, milli-mənəvi dəyərlərə ciddi zərbə vurulur:
"Tik-tok və digər platformalarda insan alveri üçün real şərait yaranır. Hesab edirəm ki, bu istiqamətdə ciddi addımlar atmaq lazımdır".
Anar