Sosial 26-12-2025, 11:48

Teleseriallardakı mənəvi terrora son qoyulmalıdır



"Gənclərin milli-mənəvi dəıyərlərinə zərbə vuran, onların tərbiyəsini pozan paylaşımlar ancaq sosial şəbəkə platformalarında deyil. Eyni zamanda telekanallarda efirə gedən bəzi seriallarda da təəssüf ki, eyni hala rast gəlirik. Hesab edirəm ki, bəzi serialların yol verdiyi mənəvi terrorun qarşısını müəyyən qurumlar alacaq".

Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Millət vəkili deyib ki, bu istiqamətdə müəyyən hüquqi addımların atılması zamanın tələbidir və vaxtında prosesə başlanılıb".

Millət vəkili əmin olduğunu bildirib ki, atılan addımlar milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edəcək.

Anar

Xəbər lenti