Sosial 26-12-2025, 16:02

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
Dekabrın 26-da doğma yurduna yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 278 nəfərdən ibarət 64 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti