Modern İnkişaf və Ailə İB və “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirildi.
Tədbirdə iştirak edərək çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin müavini İradə Muradova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğını vurğuladı. O qeyd etdi ki, dövlət başçısının tapşırıq və təşəbbüsləri əsasında şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması, onların övladlarının daim diqqət mərkəzində saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İradə Muradova uşaqları Yeni il münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzuladı.
Daha sonra Modern İnkişaf və Ailə İB-nin sədri Zərifə Quliyeva çıxış edərək bu cür tədbirlərin şəhid və qazi ailələri üçün böyük mənəvi əhəmiyyət daşıdığını qeyd etdi. O, uşaqların sevincinin hər kəs üçün dəyərli olduğunu bildirərək təşkilat adından onlara xoş arzularını çatdırdı.
Tədbirdə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə etdi, bu kimi sosial yönümlü layihələrin davamlı olmasının vacibliyini vurğuladı.
Sonda uşaqlar üçün maraqlı əyləncə proqramı təşkil olundu, Yeni il hədiyyələri təqdim edildi və tədbir xoş ovqatla yekunlaşdı.
Nəsimi