Sosial 29-12-2025, 09:54

Xankəndidə "Qış nağılı" başlayıb

Xankəndidə "Qış nağılı" başlayıb
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində bayram ovqatlı "Qış nağılı" adlı yarmarka fəaliyyətə başlayıb.

Planetinfo.az xəbər verir ki, yarmarka yanvarın 5-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.


Nəsimi

Xəbər lenti