Son illər qarşılaşdığımız mənfi hallardan biri də çoxmənzilli binalardan mənzil satışı zamanı bir mənzilin bir neçə nəfərə satılmasıdır. Bəs görəsən bu cür mənfi tendensiya nədən yaranır və bu zaman vətəndaş nə etməlidir?
Planetinfo.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov deyir ki, hər bir vətəndaş bilməlidir ki, eyni mülkün bir neçə şəxsə satılması problemi həm çıxarışlı, həm də MTK müqaviləli mənzillər üçün aktualdır:
“Lakin hüquqi nəticələr və müdafiə mexanizmləri fərqlidir. Çıxarışlı əmlaklarda dövlət qeydiyyatı əsas həlledici amil olduğu halda, MTK müqavilələrində alıcılar daha zəif hüquqi mövqedə olurlar. Bu səbəbdən vətəndaşların daşınmaz əmlak alarkən sənədlərin hüquqi vəziyyətini diqqətlə yoxlaması, mümkün olduqda yalnız çıxarışlı əmlaka üstünlük verməsi və peşəkar hüquqi məsləhət alması xüsusilə vacibdir”.
Hüquqşünas hesab edir ki, dövlət nəzarətinin gücləndirilməsi və MTK fəaliyyətinin daha sərt hüquqi çərçivəyə salınması isə bu problemin sistemli həllinin əsas şərtlərindən biridir.
Anar