Sosial 3-01-2026, 16:29

Uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin iştirakı ilə bilik yarışı keçirilib

Uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin iştirakı ilə bilik yarışı keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar arasında bilik yarışı təşkil olunub.

Yarışda ümumilikdə 20 uşaq iştirak edib, iştirakçılar 5 komandada mübarizə aparıblar. Bilik yarışı müxtəlif istiqamətləri əhatə edib. Uşaqların dünyagörüşü, məntiqi düşünmə bacarıqları, Azərbaycan tarixi və mədəniyyəti barədə bilikləri yoxlanılıb.

Tədbir uşaqların bilik səviyyəsinin artırılması, intellektual bacarıqlarının inkişaf etdirilməsi, komandada işləmə vərdişlərinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.

Xəbər lenti