2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılacaq.
Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, 2026-cı ilin dövlət büdcəsində İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması və sahibkarlar tərəfindən banklardan manatla alınmış (2018-ci il yan-varın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün ümumilikdə 100 milyon manat nəzərdə tutulub.
Digər əsaslı xərclər üçün 1 milyard 258 milyon manat nəzərdə tutulub. Bu vəsaitin 85 milyon manatı İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına yönəldiləcək.