Yanvarın 30-da doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Kərkicahan qəsəbəsinə köçürülən 25 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 24 nəfərdən ibarət 6 ailəyə, Təzəbinə kəndinə 41 nəfərdən ibarət 8 ailəyə, Həsənriz kəndinə isə 52 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.