Sosial 2-02-2026, 07:28

Siyəzəndə "Müzəffər gənclik” adlı bədii-əyləncəli tədbir keçirilib

Siyəzəndə "Müzəffər gənclik” adlı bədii-əyləncəli tədbir keçirilib
30 yanvar 2026-cı il tarixində Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzinin, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun, Siyəzən Rayon İcra Hakimiyyətinin və Siyəzən Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Müzəffər gənclik” adlı bədii-əyləncəli tədbir keçirilib.

Planetinfo.az xəbər verir ki, tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, YAP Siyəzən rayon Təşkilatının sədri Samir Baxşıyev və Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, 2 fevral - Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi yer tutur.

Bu əlamətdar gün gənclərə daim böyük diqqət və qayğı göstərmiş, müasir dövlət gənclər siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 29 il əvvəl onun imzaladığı fərmanla 2 fevral tarixi MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü kimi təqvimə daxil olub. Ötən dövr ərzində dövlət gənclər siyasətinin möhkəm qanunvericilik bazası formalaşdırılmış, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş çoxsaylı fərman və sərəncamlar, dövlət proqramları qəbul edilmişdir. Bu sənədlər gənclərin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb olunmasında və faydalı məşğulluğunun təmin edilməsində mühüm rol oynayıb. Dövlət gənclər siyasəti bu gün onun varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Ölkə başçısının rəhbərliyi altında şanlı qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsi gənclərimiz üçün əsl vətənpərvərlik məktəbi olub. Vətən müharibəsində şanlı ordumuzun sıralarında döyüşən gənclərimizin qəhrəmanlığı daim xatırlanacaq. Çıxışlardan sonra dövlət gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunmuş, daha sonra tədbir musiqili proqramla davam etdirilmişdir.

Tədbirin sonunda 2025-ci ildə müxtəlif sahələrdə uğur qazanmış və rayonun ictimai-mədəni həyatında fəallığı ilə seçilən bir qrup gənc Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.

Nəsimi

Xəbər lenti