Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Planetinfo.az xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rolundan danışıb. Sədr bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər dövlətin etibarlı dayağına çevriliblər. Fidan Hüseynova gənclərin milli-mənəvi dəyərlərə sadiq, savadlı və təşəbbüskar olmalarının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov gənclərin partiya həyatında fəallığından bəhs edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası gənclərin potensialının üzə çıxarılması, onların ictimai-siyasi biliklərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir və bu istiqamətdə görülən işlər gələcəkdə də davam etdiriləcək.
Sonda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Nəsimi