Sosial 2-02-2026, 08:33

Şamaxıda “Gənc Tibb İşçilərinin Konfransı” keçirilib

Şamaxıda “Gənc Tibb İşçilərinin Konfransı” keçirilib
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təşkilatçılığı ilə Şamaxıda Dağlıq Şirvan İqtisadi rayonu üzrə “Gənc Tibb İşçilərinin Konfransı” keçirilib.

Planetinfo.az xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə keçirilən Konfransın əsas məqsədi regionlarda çalışan gənc tibb işçilərinin peşəkar inkişafının dəstəklənməsi, onların hüquqi, psixoloji və karyera yönümlü biliklərinin artırılması, eyni zamanda gənc kadrların regionlara cəlb olunmasının təşviqidir. Tədbirdə Dağlıq Şirvan İqtisadi Rayonu üzrə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından olan tibb müəssisələrindən tibb işiçiləri iştirak edib.


Nəsimi

Xəbər lenti