Sosial 2-02-2026, 13:29

Azərbaycan gəncliyi cəsurdur, mübarizdir




"Ulu Öndər müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırıb. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər gənc nəslə qayğını əsirgəməyib. Gənclərlə bağlı ulu öndər tərəfindən müxtəlif illərdə qanunlar qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır ki, buda gənc nəslin hərtərəfli inkişafı üçün atılan ən mühüm addımlardan biridir".

Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Bayramlı deyib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir:

"Gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər öz nəticəsini verir. İnkişafdan danışarkən əlbəttə ki, dövlət proqramlarını xüsusi qeyd etməliyik. "Azərbaycan gəncliyi" dövlət proqramlarının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün "Prezident Mükafatı"nın təsis edilməsi, gənclər forumlarının keçirilməsi gənc nəslin hərtərəfli inkişafını stimullaşdırıb".

Hakim partiya təmsilçisinin sözlərinə görə, bu gün qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidentinin müdrik siyasəti, şanlı ordumuzun qətiyyəti və şücaəti sayəsində müqəddəs bayrağımız Qarabağın bütün ərazisində dalğalanır:

"Son hadisələr bir daha göstərir ki, Azərbaycan gəncliyi cəsurdur, mübarizdir və ərazi bütövlüyümüzün bərpa olunması yolunda bütün təxribatların qarşısını qətiyyətlə almağa qadirdir".

Anar

Xəbər lenti