Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Tələbə Gənclər Təşkilatlarının Mükafatlandırma Mərasimi 2026” keçirilib.
Tədbirdə digər rəsmi şəxslərlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov da çıxış edərək tələbə gənclərin cəmiyyətin inkişafındakı rolunu və tələbə təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Mərasim çərçivəsində ali təhsil müəssisələrini təmsil edən Tələbə Gənclər Təşkilatlarının il ərzində həyata keçirdiyi fəaliyyətlər qiymətləndirilib və fərqlənən təşkilatlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı 2025-ci il ərzində həyata keçirdiyi fəal, innovativ və tələbəyönümlü fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.
Eyni zamanda, Akademiyanın tələbəsi Oruc Abbasov fəal təşkilati fəaliyyəti və tələbə gənclərlə səmərəli işinə görə “İlin TGT nümayəndəsi” nominasiyası üzrə təltif edilib.
Nəsimi