Sosial 3-02-2026, 17:06

Fransada 350.000 insan evsizdir




Fransada "Abbe Pierre Fondu" kimi tanınan Əlillər üçün Mənzil Fondu vətəndaşların mənzil şəraiti ilə bağlı illik hesabatını dərc edib.

Planetinfo.az xarici mediaya istinadən bildirir ki, hesabatda ölkədə təxminən 4,2 milyon insanın pis mənzil şəraitində yaşadığı aşkar edilib.

Hesabatda o da bildirilib ki, 2025-ci il Fransada mənzil üçün qaranlıq il kimi qeydə alınıb. Təxminən 12,2 milyon insanın mənzil böhranından müxtəlif dərəcələrdə təsirləndiyi vurğulanır.

Hesabatda həmçinin Fransada 350.000 insanın evsiz olduğu, küçələrdə və ya təcili sığınacaqlarda yaşadığı məlum olub. Qeyd edilib ki, 2024-cü ildə 912 evsiz şəxs küçələrdə dünyasını dəyişib.

Anar

Xəbər lenti