“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirib.
Planetinfo.az xəbər verir ki, görüş zamanı AzTV ilə Səudiyyə Ərəbistanının televiziya kanalları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub. Mövcud əlaqələrin daha da genişləndirilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb.
Sənədli filmlərin birgə istehsalı, xəbər və peşəkar təcrübə mübadiləsinin həyata keçirilməsi, həmçinin beynəlxalq media platformalarında qarşılıqlı dəstəyin göstərilməsi məsələləri nəzərdən keçirilib.
Nəsimi