"Qanunvericilik imütəmadi şəkildə dəyişir, yenilənir. Bir maddənin bir cümləsində bəzən bir sözün yerdəyişməsi belə mənanı tamamilə dəyişə bilir. Bu səbəbdən hər zaman yeniliklərdən xəbərdar olmalı, qanunvericiliklə münasibətini isti saxlamalısan".
Planetinfo.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, uğurlu hüquqşünas olmaq üçün ilk növbədə Azərbaycan dilini yaxşı bilməlisən, özün oxuduqlarını yaxşı anlamalısan:
"Fikirlərini həm yazılı, həm şifahi şəkildə düzgün ifadə edə biləsən. Bəlağətli, aydın nitqə malik olmaq isə üstünlükdür və nitqinizi qiraət etməklə inkişaf etdirə bilərsiniz. Məntiqi təfəkkür, analiz, sintez qabiliyyəti, müqayisə etmə, əlaqələndirmə və digər bacarıqlar da lazımdır, lakin bütün bunlar zamanla insanda formalaşa bilir. Vacib nüans odur ki, müntəzəmlilik, məsuliyyət, özünə inam, öz üzərində işləmək istəyi hər zaman mövcud olsun. Digər ixtisaslarda olduğu kimi hüquqşünas da “hərşeyşünas” ola bilməz, lakin buna hər zaman cəhd etməlidir".
Anar