Sosial 6-02-2026, 08:14

Nazir Ukraynanın səfiri ilə görüşüb

Nazir Ukraynanın səfiri ilə görüşüb
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev ilə görüşüb.

Planetinfo.az xəbər verir ki, səfir Ukraynaya göstərdiyi dəstəyə və köməyə görə Azərbaycana təşəkkür edib. Həmçinin 2022-ci ildən Rusiyanın genişmiqyaslı işğalı zamanı zərər görən yüzlərlə ukraynalı uşaqların fiziki və psixoloji sağlamlıqlarını bərpa etməyə kömək edən reabilitasiya proqramına görə xüsusi minnətdarlığını bildirib.

Proqramın 2026-cı ildə davam etdirilməsi və genişləndirilməsi müzakirə edilib.

Sosial müdafiə sahəsində sistemli qarşılıqlı fəaliyyət və koordinasiya haqqında razılaşdırılıb.

Nəsimi

Xəbər lenti