Sosial 6-02-2026, 04:45

Millət vəkili vətəndaş qəbulu keçirib

Millət vəkili vətəndaş qəbulu keçirib
Millət vəkili Elçin Mirzəbəyli öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq, növbəti səyyar vətəndaş qəbulunu Ağsu rayonun Qaraməmmədli kənd məktəbinin binasında gerçəkləşdirib.

Planetinfo.az xəbər verir ki, vətəndaş qəbuluna Qaraməmmədli və Navahi kəndlərinin sakinləri qatılmışdılar.

Millət vəkili bildirib ki, öncə hər iki kəndin sakinlərini narahat edən məsələləri birlikdə müzakirə etdik. Daha sonra fərdi qaydada görüş üçün müraciət edən vətəndaşlarla bir araya gəldik:

"‎Vətəndaş qəbuluna verdikləri təşkilati dəstəyə görə Ağsu rayon İcra Hakimiyyətinə və Qaraməmmədli kənd məktəbinin kollektivinə minnətdarlığımı bildirirəm" .

Nəsimi

Xəbər lenti