Sosial 6-02-2026, 08:13

"Bizi Yaşadan Qəhrəmanlar" adlı layihə çərçivəsində gənclərlə görüş təşkil olunub

"Bizi Yaşadan Qəhrəmanlar" adlı layihə çərçivəsində gənclərlə görüş təşkil olunub
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Bizi Yaşadan Qəhrəmanlar" adlı layihə çərçivəsində gənclərlə görüş təşkil olunub.

Planetinfo.az xəbər verir ki, görüşdə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, birliyin üzvü, şəhid Amal Qarayevin atası Ədalət Qarayev, eləcə də idarə heyətinin üzvü Qismət Əliyev iştirak ediblər.

Tədbir zamanı qonaqlar Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin qəhrəmanlıq yolundan, qazilərin döyüş xatirələrindən və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən söz açıblar. Gənclərlə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Layihənin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, şəhid və qazilərin həyat yolunun tanıdılması və vətənpərvərlik hisslərinin gücləndirilməsidir.

Nəsimi

Xəbər lenti