Sosial Dün, 12:31

Gömrük Komitəsində yeni - Təyinatlar

Gömrük Komitəsində yeni - Təyinatlar
Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Xəbər lenti