"Azərbaycan Prezidenti İlham Əliyevin 2026 - cı ilin yanvarın 5 - də yerli televiziya kanallarına verdiyi müsahibə ölkə başçısının daxili və xarici siyasət ilə bağlı konseptual baxışlarını bir daha ortaya qoydu".
Planetinfo.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Azərbaycan beynəlxalq arenada praqmatik xarici siyasət aparır, bizim dünyadakı siyasi - iqtisadi tərəfdaşlarımızın sayı artır:
"Ölkəmiz bir çox dövlətlərin ehtiyacı olduğu ölkədir. Ermənistan ilə yeni münasibətlərin əsası qoyulub və bu ildən başlayaraq biz yeni əməkdaşlıq istiqamətlərini görmüş olacayıq.
Müsahibədə, həmçinin, bölgədə hərbi-siyasi qarşıdurma mərhələsinin başa çatması və dövlətin inkişaf prioritetlərinin təhlükəsizlik gündəmindən institusional sabitlik və regional inteqrasiyaya yönəldiyi qeyd edilir".
Anar