Sosial 12-12-2025, 14:34

YAP nümayəndələri Ümummilli Liderin xatirəsini yad ediblər

YAP nümayəndələri Ümummilli Liderin xatirəsini yad ediblər
Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xəbər lenti