Sosial 6-01-2026, 21:47

Sürət həddi endirildi, bütün portallarda “dumanlı hava” işarəsi qoyuldu

Sürət həddi endirildi, bütün portallarda “dumanlı hava” işarəsi qoyuldu
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Xəbər lenti