Dünya 15-01-2026, 01:34

"Washington Post"un jurnalisti məxfi hərbi məlumatlar dərc edib




"Washington Post" qəzetinin jurnalisti məxfi hərbi məlumatlar dərc edib.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel bildirib. Onun sözlərinə görə, jurnalist öz reportajlarında məxfi hərbi məlumatlar dərc edib. O, müvafiq yazını Facebook-da da paylaşıb.

Patel bildirib ki, bu səhər FTB və tərəfdaşları hökumət podratçısından məxfi hərbi məlumat əldə edib dərc etdiyi, hərbçilərimizi təhlükəyə atdığı və ABŞ-ın milli təhlükəsizliyini təhlükəyə atdığı üçün "Washington Post" əməkdaşına qarşı axtarış orderi icra ediblər. Məlumat sızdıran şəxs tutulub və hazırda həbsdədir.

"Washington Post" qəzeti əvvəllər FTB-nin müxbiri Hanna Nathansonun Virciniyadakı evində axtarış apardığını bildirmişdi.

Anar

Xəbər lenti