Yeddilik Qrupu (G7) ölkələri İrana qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdırlar.
Planetinfo.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən dərc edilmiş G7 xarici işlər nazirlərinin birgə bəyanatında bildirilib.
Sənəddə göstərilən mövqeyə əsasən, G7 ölkələri İranda davam edən etirazlar və aksiya iştirakçılarına qarşı tətbiq edilən güc nümayişindən son dərəcə narahatdırlar. Bəyanatda deyilir ki, İran beynəlxalq insan hüquqları öhdəliklərini pozaraq etirazlara mane olmağa və onları yatırmağa davam edərsə, G7 üzvləri əlavə sanksiyalar tətbiq etməyə hazırdırlar.
Qeyd edək ki, 29 dekabr 2025-ci ildə İran rialının kəskin şəkildə dəyərdən düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başladılar. 30 dekabrda tələbələr iğtişaşlara qoşuldular. İğtişaşlar əksər böyük şəhərlərə yayıldı.
Anar