Sosial 9-12-2025, 11:53

Nazir Rəşad Nəbiyev “Amazon Web Services” şirkətinin vitse-prezidenti ilə görüş keçirib

Nazir Rəşad Nəbiyev “Amazon Web Services” şirkətinin vitse-prezidenti ilə görüş keçirib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüş keçirib.

Görüş zamanı “bulud” infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəbər lenti