Sosial 9-12-2025, 11:25

“Əbülfəz Babazadə mətbuat aynasında” kitabının təqdimatı keçirilib

“Əbülfəz Babazadə mətbuat aynasında” kitabının təqdimatı keçirilib
Atatürk Mərkəzində Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Əbülfəz Babazadə mətbuat aynasında” kitabının təqdimatı keçirildi

Kitabda, tanınmış jurnalist və tədqiqatçı, kulturoloq-yaponşünas, hazırda Global Media Group şirkətinə daxil olan “Baku TV”-nin rus redaksiyasının redaktoru vəzifəsində çalışan Əbülfəz Babazadənin mətbuatda dərc olunan 1400-ə yaxın məqalə və müsahibəsinin biblioqrafiyası, onun yaradıcılıq yoluna dair faktlar və haqqında tanınmış ziyalıların dəyərli rəyləri toplanmışdır.

Toplu həm jurnalistin fəaliyyət salnaməsi, həm də müasir Azərbaycan mətbuatının inkişafını əks etdirən sənədli mənbə kimi əhəmiyyət daşıyır.Müxtəlif illərdə dərc olunan məqalələrdə ölkənin ictimai-siyasi, mədəni və elmi həyatının əsas məsələləri çevik analitik düşüncə ilə işıqlandırılıb, milli maraqların müdafiəsi isə jurnalistin yaradıcılığının başlıca xəttini təşkil edib.

Nəsimi

Xəbər lenti