Sosial 9-12-2025, 14:32

Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub, xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb.

Bundan əlavə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və epizootoloji monitorinqin nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir.

Həmçinin baytarlıq- sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.

Bu məqsədlə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyətin 2025-ci il 10 dekabr tarixindən etibarən aradan qaldırılması barədə qərar qəbul olunub.

Xəbər lenti