Sosial 10-12-2025, 10:42

“Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” mövzusunda tədbir keçirilib
Siyəzən rayon Heydər Əliyev Mərkəzində 12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” mövzusunda tədbir keçirilib.

Tədbirdə xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, misilsiz dövlətçilik fəaliyyəti və əbədiyaşar ideyaları dərin ehtiramla yad edilmişdir. Çıxışlarda Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi irsinin bu gün də ölkəmizin inkişafına istiqamət verdiyindən bəhs olunmuşdur.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anmış, onun ideyalarına sədaqətin hər bir azərbaycanlının mənəvi borcu olduğu xüsusi vurğulanmış və qeyd edilmişdir ki, Ulu Öndərin xatirəsi vətənini, millətini sevən hər bir soydaşımızın qəlbində əbədi yaşayacaqdır.

Nəsimi

Xəbər lenti