Sosial 9-12-2025, 19:31

Ölkəmizə repatriasiya edilən daha 4 nəfərlə bağlı sosial-psixoloji dəstək işlərinə başlanıb

Ölkəmizə repatriasiya edilən daha 4 nəfərlə bağlı sosial-psixoloji dəstək işlərinə başlanıb
Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 4 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Onlardan 3-ü uşaq, 1-i isə qadındır.

Sosial xidmət müəssisəsində həmin şəxslərlə bağlı qiymətləndirmə işləri aparılıb və ilkin tibbi, sosial-psixoloji dəstək işlərinə başlanıb.

Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən repatriasiya olunmuş şəxslərin sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.

Xəbər lenti