Sosial 10-12-2025, 09:46

Hesabatlılıq və şəffaflığın gücləndirilməsinə həsr olunan növbəti təlim keçirilib

Hesabatlılıq və şəffaflığın gücləndirilməsinə həsr olunan növbəti təlim keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün hesabatlılıq və şəffaflığın gücləndirilməsinə həsr olunmuş növbəti təlim keçirilib.

Konstitusiya Araşdırmalar Fondundan Planetinfo.az-a verilən məlumata görə, təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində təşkil olunub.
Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev institusional şəffaflıq, hesabatlılıq mexanizmləri və preventiv anti-korrupsiya tədbirləri barədə çıxış edib. O, dövlət idarəçiliyində qəbul edilmiş strategiya və fəaliyyət planlarının icrasında hesabatlılıq tələblərinin ciddi rol oynadığını, şəffaflığın isə aparılan islahatların nəticəliliyini artırdığını vurğulayıb.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli isə beynəlxalq təcrübədən nümunələr təqdim edərək şəffaflığın xidmət keyfiyyətinə və idarəetmə mədəniyyətinə təsirinə dair praktiki məqamları iştirakçıların diqqətinə çatdırıb.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.

Tədbir Nazirliyin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq proqramı çərçivəsində reallaşdırılıb.

Nəsimi

Xəbər lenti