Sosial 10-12-2025, 09:40

Qarabağ Universitetində Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə tədbir keçirilib

Qarabağ Universitetində Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə tədbir keçirilib

Qarabağ Universitetində görkəmli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə tədbir təşkil olunub.

Tədbir çərçivəsində Pedaqoji fakültənin əməkdaşları, Pedaqogika kafedrasının müdiri Sevda Fətullayeva və Kimya laboratoriyasının rəhbəri Səxavət Dadaşovun təşəbbüsü ilə dəyirmi masa müzakirəsi keçirilib.

Müzakirələrdə Yusif Məmmədəliyevin elmi irsi, kimya sahəsindəki yenilikləri və Azərbaycan elminin inkişafına verdiyi töhfələr geniş şəkildə təhlil olunub. Tədbir iştirakçıları akademikin həyat və fəaliyyətinə dair maraqlı faktları bölüşüb, onun gənc nəslin elmi dünyagörüşünün formalaşmasında əhəmiyyətini vurğulayıblar.

Nəsimi

Xəbər lenti