Sosial 10-12-2025, 10:50

Bunlar həqiqətin təhrif edilməsidir

Bunlar həqiqətin təhrif edilməsidir
Bu günlərdə Ermənistanla Avropa İttifaqı arasında qarşıdakı müddət ərzində əməkdaşlığa dair imzalanmış sənəd birmənalı qarşılanmayıb. Sənəddə Azərbaycan əleyhinə maddələrin yer alması Bakının haqlı narazılığına səbəb olub və Azərbaycan XİN məsələ ilə bağlı öz etirazını bildirib.

Sözügedən məsələyə münasibətini bildirən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Planetinfo.az-a deyib ki, sənəddə Dağlıq Qarabağla bağlı bölmələrdə Azərbaycanın 2023-cü ildəki əməliyyatları “etnik təmizləmə” və “insan hüquqlarının pozulması” kimi təsvir edilir:

"Bütün bunlar həqiqətin təhrif edilməsidir və regionda yeni gərginliklərin əsasını qoyur. Xüsusilə, sərhəd döyüşlərinə və ya sülh danışıqlarının uzanmasına səbəb ola bilər".

Partiya sədri qeyd edib ki, sənədin Azərbaycana qarşı yönələn ifadələri Bakı ilə Brüssel arasındakı əlaqələri də zəiflədə bilər:

"Bu, enerji təchizatı və ya regional layihələrdə olan əməkdaşlığa mane olaraq nəticədə regionu iqtisadi itkilərə məruz qoyacağı da istisna deyil".

Anar

Xəbər lenti