Sosial 10-12-2025, 12:18

ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir

ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir
Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 12, 13 və 14 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Xəbər lenti