Sosial 10-12-2025, 15:29

SXA benefisiarları üçün ekskursiya və ustad dərsi təşkil edilib

SXA benefisiarları üçün ekskursiya və ustad dərsi təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Abşeron Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya və ustad dərsi keçirilib.

Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Gününə həsr olunan tədbirdə uşaqlar rəssam Tofiq Nağıyevin “Nənəm və babam” adlı məşhur portret əsərindən ilhamlanaraq öz yaradıcılıq baxışlarını əks etdirən fərdi rəsm işləri hazırlayıblar.

Ekskursiya çərçivəsində uşaqlar muzeyin Azərbaycan incəsənətinə dair nadir nümunələrin nümayiş olunduğu daimi ekspozisiyalarını ziyarət edib, həmçinin yeni açılan “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi ilə tanış olublar.

Xəbər lenti