Sosial 11-12-2025, 13:17

İtkin balıqçıların axtarışlarına helikopter cəlb olunub

İtkin balıqçıların axtarışlarına helikopter cəlb olunub
Astarada itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib.

Planetinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 9-u səhər saat 08 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.
Artıq FHN-ə məxsus helikopter də ərazidə axtarışlara başlayıb.

Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Onlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.

Xəbər lenti