Sosial 8-01-2026, 08:52

Adil Əliyevin səyyar görüşləri davam edir

Adil Əliyevin səyyar görüşləri davam edir
Yanvarın 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev B.Qulamoğlu adına 285 nömrəli tam orta ümumtəhsil məktəbdə Qaraçuxur qəsəbə sakinləri ilə görüşüb.

Planetinfo.az xəbər verir ki, görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşıldığını, onların problemlərinin operativ həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirən RİH başçısı Adil Əliyev sakinləri dinləyərək aidiyyəti üzrə tapşırıqlar verib.

Səyyar görüşdə fərdi yaşayış evlərinin təmiri, kanalizasiya xəttinin çəkilişi, asfalt örtüyünün salınması, abadlıq işlərinin aparılması, sahibsiz heyvanların artması və s. qaldırılan müraciətlər nəzarətə götürülmüşdür.

Nəsimi

Xəbər lenti