Sosial 13-01-2026, 12:19

Keçən il NDU-da 2000-dən çox nəşr olub




"2025-ci ilin nəticələrinə görə Naxçıvan Dövlət Universiteti üzrə 2000-dən çox nəşr olub ki, bunların 24-ü monoqrafiya, 5-i dərslik, 20-si dərs vəsaiti, 65-i proqram və metodiki vəsaitdir".

Planetinfo.az xəbər verir ki, bunu ali təhsil ocağının rektoru Elbrus İsayev deyib. O bildirib ki, 1376 adda nəşr olunan məqalələrin 796-si xaricdə nəşr edilib. Onlardan 200-dən çoxu Web of Science, Scopus bazalı nüfuzlu jurnallarda nəşr olunan məqalələrdir:

"528 adda nəşr olunan tezisin 237-si xaricdə nəşr olunub. Bir akademik heyətə düşən nəşr sayı 4-ün üzərində olmuşdur. Göstəricilərin hamısı ötən illərlə müqayisədə rekord nəticələrdir".

Anar

Xəbər lenti