Sosial 14-01-2026, 14:17

Su təchizatı sahəsində dövlət strategiyası uğurla davam etdirilir



"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük işlər görülmüşdür. Ümummilli liderin əsasını qoyduğu və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası digər sahələr kimi əhalinin su təchizatı və kanalizasiya sahəsinin sürətli inkişafına gətirib çıxarıb".

Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Şənliik Əliyev deyib. O bildirib ki, su təchizatı sahəsində dövlət strategiyası uğurla davam etdirilir:

"Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi böyük diqqət və qayğı sayəsində Bakı şəhəri və Abşeron yarımadası, eləcə də regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə mühüm layihələr həyata keçirilir. Bunun növbəti təzahürü dövlətimizin başçısı cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12 “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə söylədiyi nitqləri, qarşıya qoyduğu hədəflər və verdiyi tapşırıqları misal göstərmək olar".

Anar

Xəbər lenti