Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen və ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı sülh danışıqlarını müzakirə etmək üçün gələn həftə Davosda görüşməyi planlaşdırırlar.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə İspaniyanın "El País" qəzeti AB daxilindəki mənbələrə istinadən məlumat yayıb.
Qəzet xatırladır ki, Davosda Dünya İqtisadi Forumu (WEF) bu il 19-23 yanvar tarixlərində keçiriləcək. Forumda Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir. Qəzet qeyd edir ki, AK prezidentinin çıxışı 20 yanvara, Trampla isə görüşü isə ertəsi günə nəzərdə tutulur.
Anar