Dünya 16-01-2026, 14:42

Timoşenko Zelenski hakimiyyətini faşist rejimi adlandırdı



Ukraynanın "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna hakimiyyətini faşist rejimi adlandırıb.

Planetinfo.az TASS-a istinadən bildirir ki, Timoşenko Zelenski hakimiyyətinin ona qarşı düşmən münasibət bəslədiyini söyləyib:

"Məni ölkədən qovmaq istəyirlər. Üç dəfə buna cəhd etdilər və geri qayıtmamağımı istədilər. Amma mən buradayam, heç yerə getmirəm. İstəyirəm ki, hamı bilsin ki, ölkə faşist rejimindən azad olana qədər burada olacağam".

Qeyd edək ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Timoşenko ilə Rada deputatları arasında rüşvətlə bağlı danışıqların audioyazısını yayımlayıb. Qeydə görə, Timoşenko Ali Rada üzvlərinə parlamentdə müəyyən bir şəkildə səs vermək üçün bir ay ərzində 10.000 dollar təklif edib.

Anar

Xəbər lenti