Dünya 16-01-2026, 00:22

İrandakı Türkiyə vətəndaşlarına çağırış edildi: Ehtiyatlı olun



Tehrandakı Türkiyə Səfirliyi İrandakı Türkiyə vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Planetinfo.az trthaber-ə istinadən bildirir ki, səfirlik sosial mediada yayımlanan açıqlamada İrana səyahət etməyi planlaşdıran və ya hazırda İranda olan Türkiyə vətəndaşlarına təhlükəsizlikləri ilə bağlı diqqətli olmağı tövsiyə edib.

“Son hadisələr fonunda İrana səyahət etməyi planlaşdıran vətəndaşlarımızın hərəkətə keçməsi və artıq İranda olan vətəndaşlarımızın təhlükəsizlikləri ilə bağlı diqqətli olmaları, Nazirliyimizin və İrandakı nümayəndəliklərimizin rəsmi veb saytlarından/sosial media hesablarından gələn yeniliklərlə bağlı hər hansı bir elanı izləmələri tövsiyə olunur”,-deyə çağırışda bildirilir.

Səfirlik həmçinin bildirib ki, mümkün fövqəladə hallar zamanı Konsulluq zəng mərkəzinə və İrandakı nümayəndəliklərə 24/7 zəng etmək mümkündür.

Anar

Xəbər lenti