Dünya 16-01-2026, 00:49

Aİ İrana qarşı sanksiyaları sərtləşdirməyi düşünür



Avropa İttifaqı Tehrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi ehtimalını istisna etmir.

Planetinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kipr prezidenti Nikos Xristodulides ilə birgə mətbuat konfransında bildirib.

ABŞ və İsrailin İrana hərbi müdaxiləsini gözləyib-gözləmədiyi barədə suala fon der Leyen belə cavab verib:

"Digər ölkələrin hərəkətləri barədə şərh verə bilmərəm. Bu, onların işidir. Amma biz həqiqətən də İrana qarşı sanksiyaların sərtləşdirilməsi ehtimalını nəzərdən keçiririk".

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, İranda hökumət əleyhinə etirazların iştirakçıları Avropa Birliyi hakimiyyət orqanlarına müraciət edərək ölkələrindən yeni şəxslərin sanksiya siyahısına əlavə edilməsini istəyiblər. O, həmçinin bildirib ki, İranda baş verənləri çox yaxşı başa düşür" və etirazçıların xahişini yerinə yetirəcəyinə söz verib.

"Bəli, biz bunu edəcəyik", - deyə fon der Leyen bildirib.

Anar

Xəbər lenti