Dünya 16-01-2026, 01:21

Rusiyanın Qrenlandiyaya heç bir iddiası yoxdur




Rusiyanın Qrenlandiyaya heç bir iddiası yoxdur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirib.

Diplomat qeyd edib ki, Rusiya Arktika qonşularına qarşı aqressiv planlar qurmur, onları hərbi əməliyyatlarla hədələmir, şantajla məşğul olmur və ərazilərini ələ keçirməyə çalışmır. Rusiya səfiri nə Rusiya, nə də Çinin hazırda Qrenlandiyanı təhdid etmədiyini bildirib.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiya Müdafiə Müqaviləsini imzaladılar. Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürdü.

Anar

Xəbər lenti