"Cənab Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına verdiyi müsahibə zamanı jurnalistlərin suallarını əsaslandırılmış şəkildə cavablandıraraq, media ilə açıq dialoqun və şəffaf informasiya mühitinin ölkədə ictimai etimadın möhkəmlənməsində mühüm rol oynadığını vurğulamış oldu".
Planetinfo.az xəbər verir ki, bunu YAP üzvü Lalə Məmmədova deyib. O bildirib ki, dövlət başçısı eyni zamanda ölkəmizin beynəlxalq əməkdaşlıq və strateji layihələrdə əldə etdiyi nailiyyətləri ictimaiyyətə birbaşa çatdırmaq imkanını yüksək qiymətləndirmişdi:
"Ölkə başçısı həmçinin müsahibə zamanı Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə də fikir bildirərək qeyd etmişdir ki, Azərbaycan tərəfi əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq bərabərhüquqlu tərəfdaşlıq və suveren qərarvermə hüququna hörmət çərçivəsində həyata keçirilməlidir. Ölkə başçısı Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması barədə də məlumat vermişdir. Qeyd edilmişdir ki, bu işçi qrupunun əsas vəzifəsi strateji tərəfdaşlıq xartiyasını hazırlamaq və tərəflər arasında əməkdaşlığın inkişafını təmin etməkdir. Artıq bu istiqamətdə fəal iş başlamış, qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi prosesi sürətləndirilmişdir".
Anar